BAKI, 22 oktyabr. TELEQRAF

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Çinin qərbindəki Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, zəlzələnin episentri 30.000 nəfərin yaşadığı Naqçu qraflığından 200 km şimal-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.