NAXÇIVAN, 20 oktyabr. TELEQRAF

Naxçıvanda ölümlə nəticələnən qəza baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Culfa rayonunun Ərəzin kəndi ərazisində baş verib.

3 maşının iştirakı ilə baş verən qəzada 8 nəfər yaralanıb. Qəza zamanı 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu həyatını itirib.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.