BAKI, 22 oktyabr. TELEQRAF
Abşeron rayonunun Xırdalan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobil əvvəlcə piyadanı vurub.
Daha sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun kənarında park edilmiş “Mercedes Sprinter”, VAZ-2107 və “Volkswagen Polo” markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində piyada xəsarət alıb. Hadisənin təfərrüatları və başvermə səbəbləri araşdırılır.