GƏNCƏ, 16 yanvar. TELEQRAF

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1953- cü il təvəllüdlü Səmərqənd Cəfərovanı maşın vurub.

73 yaşlı qadın xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.