BAKI, 1 dekabr. TELEQRAF

ABŞ-də əlverişsiz hava şəraiti səbəbilə 8 mindən çox reys ləğv edilib və ya gecikib.

Teleqraf xəbər verir ki, əlverişsiz hava şəraiti ABŞ aviasiyasında ciddi problemlərə səbəb olub.

“FlightAware” portalının məlumatına görə, noyabrın 30-da ölkə üzrə 7 460 reys gecikib, 664 reys isə tamamilə ləğv edilib.

Meteoroloqlar bir sıra ştatlarda güclü qar və kəskin soyuma barədə əvvəlcədən xəbərdarlıq etmişdilər.

Ən çox gecikmə və ləğvlər Boston, Detroyt, Minneapolis, Nyu-York və Çikaqo hava limanlarında qeydə alınıb.