BAKI, 29 noyabr. TELEQRAF

Salyan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, rayonun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 100 m² olan mağazanın yanar konstruksiyaları 90 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.