BAKI, 21 noyabr. TELEQRAF

Çexiyanın cənubunda, Zliv şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində 42 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, beş nəfərin vəziyyəti ağırdır və onlar yerli xəstəxanada həkim nəzarəti altındadır. Hadisə yerinə xilasedici qruplar cəlb olunub və bütün sərnişinlər təxliyə edilib.

Qəza yerli vaxtla saat 06:15-də baş verib. Toqquşan qatarların biri ekspress, digəri isə şəhərətrafı marşrut üzrə hərəkət edirmiş. Hər iki qatar “Çex Dövlət Dəmir Yolları” şirkətinə məxsusdur.

Qəzanın səbəbləri araşdırılır.