BAKI, 26 noyabr. TELEQRAF
Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.
1963-cü il təvəllüdlü Bəyim Seyid qızı Hüseynova yolu keçmək istəyərkən onu minik avtomobili vurub.
Yaralı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.