BAKI, 18 noyabr. Teleqraf

Abşeron rayonunda 1965-ci il təvəllüdlü şəxsin meyiti aşkarlanıb.

Teleqraf xəbər verir ki, Hüseynov Hümbət Yəhya oğlunun meyiti noyabrın 17-də onunla qonşuluqda yaşayan oğlu tərəfindən tapılıb.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.