BAKI, 18 noyabr. Teleqraf
Noyabrın 16-da Abşeron rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf xəbər verir ki, 2005-ci il təvəllüdlü Paşayev İlkin Sabit oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Saray–Novxanı yolu ilə hərəkətdə olarkən yolun sol tərəfinə doğru piyada keçən 1967-ci il təvəllüdlü Tanarverdiyeva Nərminə Hüseyn qızını vurub.
İlkin ehtimala görə, sürücü ehtiyatsızlıqla avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurub.
N.Tanarverdiyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.