GƏNCƏ, 17 noyabr. TELEQRAF
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 2006-cı il təvəllüdlü Ayxan Əliiskəndərovu 11 nömrəli sərnişin avtobusu vurub. O, xəstəxanaya çatdırılıb, ilkin yardım göstərilib. Vəziyyəti stabildir.
Faktla bağlı araşdırma başlanılıb.