BAKI, 17 noyabr. TELEQRAF

Zahidov Qənimət Səlim oğlu Baş Prokurorluğa çağırılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

Qeyd edilib ki, Q.Zahidov 20 oktyabr 2025-ci ildə tarixində istintaqa dəvət edilib, lakin istintaqa gəlməyib.

O, noyabrın 24-də Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.