LƏNKƏRAN, 16 noyabr. TELEQRAF
Lənkəran rayonunda iki nəfərin yanmış vəziyyətdə cəsədi aşkarlanıb.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda qeydə alınıb.
Məlumata görə, hər iki şəxsin kişi olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır, meyitlərin kimliyi və onların hansı şəraitdə öldüyü müəyyənləşdirilir.
Faktla bağlı araşdırma davam etdirilir.