OĞUZ, 16 noyabr. TELEQRAF
Oğuz rayonunda qətl hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb. Kənd sakini, 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə xəsarət yetirilməsi nəticəsində hadisə yerində dünyasını dəyişib.
Qətlin törədilməsində şübhəli şəxs kimi onun 15 yaşlı oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.