BAKI, 24 oktyabr. TELEQRAF

Həbsdə olan “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) şef redaktoru Yevgeniy Belousov ev dustaqlığına buraxılıb.

Teleqraf xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Y. Belousov barəsində 3 ay ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bununla bağlı bu gün Xətai rayon məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, Bu barədə ilk xəbəri gununsesi.info yayıb.