BAKI, 20 iyun. TELEQRAF

Qətərin “Əl-Cəzirə” televiziyasının operatoru Əhməd Vaşah İsrailin Qəzza zolağının mərkəzinə PUA zərbəsi nəticəsində ölüb.

Teleqraf xəbər verir ki, İsrail pilotsuz təyyarəsi bu gün Əl-Bureyc qaçqın düşərgəsindəki yaşayış binasına zərbələr endirib.

Hücum nəticəsində Vaşah da daxil olmaqla üç fələstinli həlak olub, bir neçə nəfər isə yaralanıb.

Vaşah Qəzzada İsrail qüvvələri tərəfindən öldürülən 13-cü "Əl-Cəzirə" əməkdaşıdır.