GƏNCƏ, 26 sentyabr. TELEQRAF
Gəncədə baş verən yol qəzası zamanı xəsarət alanlardan 3 nəfərin kimliyi məlum olub.
Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, bunlar Binnətova Raya, İsmayılova Südabə və Binnətzadə Günaydır.
Qeyd edək ki, iki avtomobilin toqquşması nəticəsində ümumilikdə 4 nəfər xəsarət alıb.
***
00:06
Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ilkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.