BAKI, 18 sentyabr. TELEQRAF

Sentyabrın 17-də Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Tikişçi işləyən Güllü Qədiməliyeva müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən birinci mərtəbəyə beton səthə yıxılıb.

Nəticədə qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.