MİNGƏÇEVİR, 17 sentyabr. TELEQRAF
Mingəçevirdə üç maşının toqquşması nəticəsində yol qəzası baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsində "Hyunday" və "Nissan" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən "Nissan" dayanıqlı vəziyyətdə olan "Opel" markalı başqa bir avtomobilə çırpılıb.
Qəza nəticəsində "Nissan" markalı avtomobildə olan sərnişin (1983-cü il təvəllüdlü Nəsimi Müseyibov) xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb.