BAKI, 6 sentyabr. TELEQRAF

Şəki şəhərində həyətyanı ərazidə 400 m² sahədə kol-kos və yaxınlıqda ümumi sahəsi 120 m² olan tövlənin taxta atmaları 10 m² sahədə qismən yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.