BAKI, 21 aprel. TELEQRAF

Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə aprelin 19-da Pirallahı–Qala yolunun Dübəndi bağ massivində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İntizar Umudovun idarə etdiyi “Mersedes” markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Alətdin Salmanovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, Pirallahı Rayon Polis İdarəsinin İstintaq Bölməsində araşdırma aparılır.