BAKI, 20 aprel. TELEQRAF
Mətbuatda və sosial şəbəkələrdə Bakıda 100 minə yaxın evin söküləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Komitədən bildirilib ki, Bakı şəhərinin Baş planında belə bir məlumat yer almır.