SAMUX, 20 aprel. TELEQRAF
Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi artması nəticəsində bir sıra problemlər qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonunun Qaraağaclı kəndində, Qarasaqqal adlanan ərazidə təxminən 200 hektara yaxın Su Fonduna məxsus sahəni su basıb.
Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Teleqraf-ın Qərb bürosuna bildirilib ki, eyni kənddə əkin olmayan 100 hektar ərazi də su altında qalıb.