İMİŞLİ, 20 aprel. TELEQRAF

İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 1967-ci il təvəllüdlü Mehman Novruz oğlu Cavadov yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib.

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.