Abşeron, 20 aprel. TELEQRAF

Abşeron rayonunda ölüm hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən qadın gözəllik salonlarından birində baş verib.

1997-ci il təvəllüdlü Rəhimov Surxay işlədiyi zaman qəfildən halı pisləşib və o, hadisə yerindəcə vəfat edib.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.