SUMQAYIT, 21 aprel. TELEQRAF
Sumqayıtda kişi meyiti tapılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1952-ci il təvəllüdlü Nağdıyev Cavanşir Nağdı oğlunun cansız bədəni avtobus dayanacağında aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin müayinəsi aparılıb.
Faktla bağlı araşdırma başlanılıb. Ölümün səbəbi aparılacaq ekspertizanın rəyindən sonra məlum olacaq.