GƏNCƏ, 19 aprel. TELEQRAF
Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Əziz Əliyev küçəsində qeydə alınıb.
"BMW" və "Changan" markalı maşınların toqquşması zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.