BAKI, 5 sentyabr. TELEQRAF
Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, zəncirvari qəza nəticəsində dörd avtomobilə ziyan dəyib. Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Teleqraf-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.