LƏNKƏRAN, 25 avqust. TELEQRAF

Lənkəranda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lənkəranda 3 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Lənkəran-Boradigah-Masallı magistralının şəhərin “Ləvəngi” dairəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı minik avtomobilinə arxadan “Chevrolet Cruze” çırpılıb. Ardınca “Mitsubishi” markalı digər avtomobil də “Chevrolet Cruze” ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, yolda birtərəfli hərəkətdə çətinlik yaranıb.

Qəzaya uğrayan avtomobillər ərazidən götürüldükdən sonra yolda hərəkət bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.