BAKI, 13 avqust. TELEQRAF

Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb.

Teleqraf xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Yavər Əliyev küçəsində yerləşən hündürmətbəli binanın 9-cu mərtəbəsinin eyvanından yerə yıxılan 1990-cı il təvəllüdlü Sevinc Abdullayeva aldığı xəsarətlərdən ölüb. Onun meyiti müayinə olunması üçün morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.