BAKI, 4 avqust. TELEQRAF

Bakıda 1 həftə əvvəl evdən çıxaraq geri qayıtmayan 20 yaşlı qadın tapılıb.

Teleqraf-ın məlumatına görə, Bayrızadə Şəfa Nüsrət qızının yeri polis əməkdaşları tərəfindən müəyyən edilib.

Ş.Bayrızadənin yaxınları Teleqraf-ın Qarabağ bürosunun əməkdaşına bildiriblər ki, polis Şəfa Bayrızadənin tapılması barədə onlara məlumat verib.

Qeyd edək ki, Şəfa Bayrızadə 28.07.2025-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdır