AĞDAM, 24 iyul. TELEQRAF
Ağdam rayonunda ANAMA əməkdaşı qəzaya düşüb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini 1995-ci il təvəllüdlü Əliyev Rəsad Əli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobil nasazlıq səbəbindən aşıb. Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
R.Əliyev ANAMA əməkdaşıdır və Sarıcalıda yerləşən bazada işləyir.
Faktla bağlı araşdırma aparılır.