FÜZULİ, 24 iyul. TELEQRAF

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

00:39

***

Füzuli rayonunda baş verən yanğın davam edir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verən yanğın genişlənərək Qacar kənd ərazisinə keçib.

Hazırda FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını almaqla məşğuldurlar.