BAKI, 16 iyul. TELEQRAF
Bu ilin 6 ayı ərzində Azərbaycanda 192 nəqliyyat vasitəsi yanıb.
Bunu Teleqraf-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Cəmil Xudiyev bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəbi avtomobillərə edilən konstruktiv dəyişikliklər və elektrik yükünün artılmasıdır.
“Yəni əlavə işıq avanlıqları avtomobilə yüklənir. Bu isə yanğın riski yaradır”, - C.Xudiyev vurğulayıb.