GƏNCƏ, 8 iyul. TELEQRAF
Gəncədə bıçaqlanma faktı qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhər sakini 1989-cu il təvəllüdlü Ruslan Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya gətirilib.
Ona ilkin yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.