MİNGƏÇEVİR, 13 iyun. TELEQRAF

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Təbriz küçəsində baş verib. Yol nəqliyyat hadisəsi zamanı “Mercedes”, “Hyundai” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 2000-ci il təvəllüdlü Kənan Nəsirli və "BMW"-nin sürücüsü, 1985-ci il təvəllüdlü Zamiq İsmayılov xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır.