ŞƏMKİR, 13 iyun. TELEQRAF

Şəmkir rayonunun Dəryaçay su anbarında batan şəxslərdən birinin meyiti tapılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2004- cü il təvəllüdlü Ümid İbrahimovun nəşi sudan çıxarılıb.

Hazırda digər şəxsin axtarışları davam edir.

Su anbarında batan ikinci şəxs 2005-ci il təvəllüdlü Aliyə Həsənovadır.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

***
21:11

Şəmkir rayonunda su kanalında iki nəfər boğularaq ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Seyfəli kəndindəki kanalda qeydə alınıb.

İlkin məlumata görə, batan şəxslərdən biri qadındır.

Hadisə yerinə xilasedicilər cəlb olunublar. Onların nəşi sudan çıxarılır.