BAKI, 12 iyun. TELEQRAF
12.06.2025-ci il tarixində saat 15:40 radələrində iki nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Qarının ön divarının sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, mədənin zədələnməsi diaqnozu ilə əməliyyat olunun 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Sol gicgah nahiyəsinin dəri və dərialtı toxumasının kəsilmiş yarası, dərialtı hematoma diaqnozu təyin edilən 2007-ci il təvəllüdlü şəxsin isə vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.
***
16:35
ŞƏMKİR, 12 iyun. TELEQRAF
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 17 yaşlı Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaqlanıb.
Hər iki şəxs qohumdur. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.