GƏNCƏ, 12 iyun. TELEQRAF
Bakı- Qazax - Gürcüstan magistral avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Dəliməmmədli şəhər sakini, 1999-cu il təvəllüdlü Röyal Əliyevin idarə etdiyi "Opel" markalı avtomobil yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə, sürücü R.Əliyev və avtomoildə olan Düzqışlaq kənd sakini, 1996-cı il təvəllüdlü Xudayat Xəlilov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaya çatdırılıb. Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.