BAKI, 9 iyun. TELEQRAF

İranın Nətənz şəhəri ətrafında yerləşən poladəritmə zavodunda karbon qazı balonu partlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

"İmamzadə rayonunda yerləşən Xalidabad poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində yeddi nəfər xəsarət alıb. Daha bir nəfərin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.

Xəsarət alanların Əfqanıstan vətəndaşları olduğu bildirilir. Onlar tibb mərkəzlərinə yerləşdiriliblər.

Partlayışın səbəbləri araşdırılır.