MİNGƏÇEVİR, 5 iyun. TELEQRAF
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında avtovağzal yaxınlığında olub.
İlkin məlumata görə toy kartejində olan "BMV" qarşıdan gələn "Mitsubishi" ilə toqquşub və daha sonra aşıb.
Qəza nəticəsində "BMV" nin sürücüsü 1986-cı il təvəllüdlü İmran Zeynalov, sərnişin 2003-cü il təvəllüdlü Əhməd Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılardan birinin durumu ağır qiymətləndirilir.