TOVUZ, 4 iyun. TELEQRAF

Tovuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil hasara çırpılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin sürücüsü çay üzərindəki körpüdən ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib.

Nəticədə maşın yol kənarında yerləşən obyektin hasarına çırpılıb.

Qəza zamanı sürücü xəsarət alıb.

Həmin hadisənin anban görüntüləri də yayılıb.