GORANBOY, 4 iyun. TELEQRAF
Goranboyda sürücü idarəetməni itirərək, yol-nəqliyyat hadisəsi törədib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağdam rayon sakini 1983-cü il təvəllüdlü Kənan Tağıyevin idarə etdiyi "İveco" markalı avtomobil hasara çırpılıb.
Nəticədə sürücü yüngül xəsarət alıb. Avtomobil isə yararsız vəziyyətə düşüb.
Hadisənin səbəbləri araşdırılır.