BAKI, 18 may. TELEQRAF

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının Palm-Sprinqs şəhərindəki tibb klinikasının yaxınlığında bomba yüklü avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, FTB-nin Los-Anceles üzrə direktor köməkçisi Akil Davis CBS News tərəfindən yayımlanan mətbuat konfransında belə deyib.

O bildirib: "Bu, düşünülmüş terror aktıdır. Biz araşdırdıqca bunun beynəlxalq terrorizm, yoxsa daxili terrorizm olduğunu müəyyənləşdirəcəyik".

A. Davis əlavə edib ki, FTB hücumun hədəfinin tibb müəssisəsi olduğuna inanır. Devis cinayətdə şübhəli bilinən şəxsin adını çəkməkdən imtina edərək, bunun istintaqa mane olacağını deyib.

***

01.51

Kaliforniyanın Palm-Sprinqs şəhərinin meri Ron Dexart bildirib ki, avtomobil partlayışına bomba səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şəhər administrasiyası rəhbərinin sözlərinə görə, ekspertlər partlayışın avtomobilin içərisinə və ya yanına qoyulmuş bombanın səbəb olduğunu müəyyən ediblər.

***

00.36

ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində partlayış baş verib.

Teleqraf "NBC News"a istinadən xəbər verir ki, tibb mərkəzinin yaxınlığında avtomobil partlayıb. Ən azı bir nəfərin öldüyü, lakin onun şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirilir.

Partlayış baş verən yerdə təcili yardım xidmətləri işləyir.

Yerli hakimiyyət hadisənin terror aktı ola biləcəyini istisna etmir.