BAKI, 17 may. TELEQRAF

Bakının Qaradağ rayonunda ağır yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Qasımov Nizaməddin Nazim oğlu Bakı-Şamaxı şossesinin qəsəbə ərazisinə düşən hissəsində yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını Kliniki Tibbi Mərkəzə çatdırıb.

Növbətçi həkimin verdiyi məlumata görə, N.Qasımov aqonal (huşsuz) vəziyyətdədir.

Faktla bağlı araşdırma aparılır.