BAKI, 15 may. TELEQRAF
1959-cu il təvəllüdlü Azər Əliyev Gəncədə xəstəxanada müayinə zamanı ölüb.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, 15 may 2025-ci il tarixində saat 9:10 radələrində 1959-cu il təvəllüdlü kişi cinsli şəxs müayinə üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya müraciət edib.
Qəfil halı pisləşən şəxsə göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, saat 11:40 radələrində ölüm faktı qeydə alınıb.
***
12:24
GƏNCƏ, 15 may. TELEQRAF
Gəncədə xəstəxanada müayinəyə gələn kişi ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin xəstəxanalarından birində qeydə alınıb.
Müayinə edilən zaman 1959-cu il təvəllüdlü Azər Əliyevin səhhəti pisləşib.
Dərhal reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etməm mümkün olmayıb.
Hadisənin səbəbləri araşdırılır.