BAKI, 15 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Mingəçevir şəhərində 1 nəfərin barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həkim briqadasının iştirakı ilə xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.