BAKI, 13 may. TELEQRAF
Bakının Qaradağ rayonunda yük avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Qaradağ rayonunda “Ford” markalı yük avtomobilinin salonu və mühərrik hissəsi, yaxınlıqda dayanan “Mercedes” markalı yük avtomobilinin 1 ədəd qapısı, ön buferi və güzgüsü yanıb.
Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.