BAKI, 3 may. TELEQRAF

Azərbaycanda dələduzluq etməkdə şübhəli bilinən şəxslərin həbs edilməsi üçün tədbirlər keçirilir.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının mayın 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.