TOVUZDA. 2 may. TELEQRAF

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Tovuz rayonunun Öysüzlü kəndində yolu keçmək istəyən yaşlı qadını maşın vurub.

Qazax sakini olan 1976-cı il təvəllüdlü Aybəniz Mərdalı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qadını vuran "VAZ 2106" markalı avtomobilin sürücüsü Sahəddin Qasımov istintaqa cəlb olunub.